11 yaşlı çapar Gülay Fərzəliyeva: “Özümə rəqib axtarıram“

11 yaşlı Gülay Fərzəliyeva at çaparaq təhlükəli hərəkətlər etməklə Azərbaycanda məhşurlaşıb. At çapmağı və onun üzərində təhlükəli hərəkətlər etməyi ona atası Vüsal Fərzəliyev öyrədib. Gülay hazırda beynəlxalq at yarışına hazırlaşır, amma Azərbaycanda onu yaşıdları arasında rəqibi yoxdur. Gülay istəyir ki, yaşıdları aradında da at çapmaqla məşğul olanlar olsun və ona rəqib olanlar tapılsın. BBC Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır.
Back to Top