Şuşa xarici jurnalistləri heyran qoydu - Baku TV

Şuşa xarici jurnalistləri heyran qoydu - Baku TV Qarabağda səfərdə olan xarici jurnalistlər işğaldan azad edilmiş Şuşa şəhərini ziyarət edib. Şəhərin tarixi abidələrini gəzən jurnalistlər Şuşaya heyran qaldıqlarını vurğulayıblar. Şuşanın təbiətini çox bəyəndiyini deyən meksikalı jurnalist Federiko Lamont “Yenidən buralara gəlmək şansım olsa, bir an belə fikirləşməyəcəyəm”, - deyə qeyd edib. Kolumbiyalı jurnalist Roberto Trobaxo isə Şuşada və digər işğal altında qalan torpaqlardakı məscidlərin erməni vandalizminə məruz qalmasına münasibət bildirərək qeyd edib ki, müharibədə düşmən ola bilərsən, amma dini etiqada, insan hüquqlarına hörmət göstərmək lazımdır. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz:
Back to Top