Qərbi Azərbaycanda ermənilər etiraz aksiyası keçirib - BAKU TV
Qərbi Azərbaycanda ermənilər etiraz aksiyası keçirib - BAKU TV
Sosial şəbəkələrimiz
Qərbi Azərbaycanda indiki Ermənistanın Kacaran şəhərində bir qrup erməni aksiya keçirib. Onlar Zəngəzur mis-molibden kombinatında ekoloji normaların pozulması nəticəsində sağlamlığa dəyən zərərin ödənilməsini tələb edirlər.
Yanvarın 25-də müəssisənin qarşısında toplaşan etirazçılar istehsalata gedən yolu bağlayıblar. Aksiya iştirakçıları sağlamlıqlarına dəyən zərərin ödənilməsini, həmçinin 2021-ci ildə işdən çıxarılan işçilərin işə bərpa olunmasını tələb ediblər. Onlar həmin şəxslərin siyasi motivlərlə işdən çıxarıldıqlarını bildiriblər.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatı Ermənistanın ən böyük vergi ödəyicisidir. Müəssisə 2022-ci ildə təxminən 144 milyard dram və ya 360 milyon dollar vergi ödəyib. Şirkətdə hazırda 3 minə yaxın işçi çalışır.
Qərbi Azərbaycanda ermənilər etiraz aksiyası keçirib
© 2022 © All Rights Reserved ℗ Baku TV
#qerbiazerbaycan #etirazaksiyasi #ermeniler