Vardanyan - Arutyunyan savaşı dərinləşir - BAKU TV

Vardanyan - Arutyunyan savaşı dərinləşir - BAKU TV Sosial şəbəkələrimiz Xankəndidəki separatçı rejimdə daxili siyasi böhran dərinləşir. Belə ki, Ruben Vardanyan klanının idarəetməni ələ keçirməsi Arayik Arutyunyanı yenidən aktivləşməyə və hücuma keçməyə vadar edib. Üstəlik, Ermənsitanın da qondarma qurumdan əlini çəkməsi artıq onların acınacaqlı durumda olmasından və Azərbaycanla razılaşmaqdan başqa çıxış yolunun qalmadığından xəbər verir. Proseslər onu göstərir ki, separatçılar arasında münaqişənin dərinləşəcəyi sirr deyil. Çünki rejim daxilində hökm sürən gərginliyin əsas səbəblərindən biri də Moskvadan oraya göndərilən və Qarabağ ermənilərinə heç bir aidiyyəti olmayan Ruben Vardanyanın təxribatçı hərəkətləri, Qərbin layihəsi olan Paşinyanın adamı Arayikin isə bununla barışmamasıdır. Yəni bu savaş həm də rusiyameyilli qüvvələrlə qərbmeylli qüvvələrin mübarizəsidir. Vardanyanla Arutyunyan savaşı dərinləşir © 2022 © All Rights Reserved ℗ Baku TV #vardanyan #arutyunyan #ermenistan
Back to Top