Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor şvili ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.
Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
____
Обсуждены перспективы развития военного сотрудничества между Азербайджаном и Грузией
____
Prospects for the development of military cooperation between Azerbaijan and Georgia were discussed
2 views
4
1
1 month ago 00:01:37 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
1 month ago 00:01:05 1
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
1 month ago 00:03:38 1
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi
1 month ago 00:00:49 1
Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür
1 month ago 00:26:26 1
Bakı Keşlə Balıq Bazarı və Meyvə Qiymətləri 2024 | Azərbaycan Bazar Macərası! 🍉🐟#baku #market#trend
1 month ago 00:03:42 1
Ferhad Xelif feat. Rahil Kerimov - Ay Deli Qiz 2023 Yeni Klip
1 month ago 00:03:13 3
Paşinyan mətbuata hansı açıqlamaları verdi? | BRICS sammitində yaddaqalan məqamlar
1 month ago 00:25:25 1
Bizi ermənilər ilə dostluqda ittiham edənlər, indi erməni ilə canı bir qəlbdədir
1 month ago 00:00:32 1
Özbəkistan Yoxsa Azərbaycan? 😍
1 month ago 00:09:43 2
Ermənistan təkcə Mehridəki yox, ikinci dəhlizin açılması ilə bağlı da üzərinə öhdəlik götürüb
1 month ago 00:01:25 2
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il keçir
1 month ago 00:05:18 2
“Buradan 3 yaşımda çıxmışdım, 3 yaşında qızımla qayıtdım”: Füzulidə həyat qaynayır
1 month ago 00:01:17 1
Baydenin xüsusi köməkçisi İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?
1 month ago 00:00:53 1
Putin, başının üstündə olanları dağıdaram | Tramp özünü gicbəsər adlandırdı
1 month ago 00:00:00 1
Azərbaycan Xalq Parlamenti təsis kanalları birğə fəaliyyət memarandumu imzaladı.
1 month ago 00:00:51 1
Mirzoyandan Gümrü-Qars dəmir yolu ilə bağlı mühüm açıqlama | Detallar üzə çıxdı
1 month ago 00:01:19 1
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi
1 month ago 00:03:51 2
COP-un Azərbaycanda keçirilməsini həzm edə bilməyənlər | Narahat olanlar kimdir?
1 month ago 00:04:03 1
Zurabişviliyə gizli tapşırıq verildi | Rusiya ilə əlaqələrin pisləşməsinin əsl səbəbi
1 month ago 00:01:39 1
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür
1 month ago 00:05:27 1
Bir çox məhsul artıq satışa hazırdır: Ağdamdakı zavoddan diqqətçəkən görüntülər