“Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb
“Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi başlayıb.
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
1 view
1462
428
8 months ago 00:00:41 1
29 Ekim Cumhuriyet Bayramımız kutlu, mutlu olsun! 🇹🇷
8 months ago 00:02:05 1
En değerli emanetimiz, 101 yıllık Cumhuriyetimiz. #29Ekim #CumhuriyetBayramı
8 months ago 00:01:36 1
Senden daha Versiyonu
8 months ago 00:08:02 1
Dünya Bir Sıfatı Sadece Atatürk’e Vermiştir. Başka Hiçbir Liderin Alamadığı
8 months ago 00:04:29 1
Leyla Göktaş Ünal - Mihrali Bey Ağıttı - Sivas
8 months ago 00:04:12 1
Naci en Alamo (Akustik) - Zeynep Bastık, @YasminLevyOfficial
8 months ago 00:48:06 1
Atatürk Vizyonuyla Gelecek Yüzyıla Bakış 2024 | Prof. Dr. Şevket Pamuk
8 months ago 00:02:31 1
Afra - Yasemen
8 months ago 00:00:52 1
Ordumuzda Savaşçı Kadınlar Var 🫡 I İlber Ortaylı ile Cahille Sohbeti Kestim
9 months ago 00:12:07 1
Падение Османской Империи. Как погибала легенда и рождалась Турция.