Erməni təxribatına dəstək verən rus sülhməramlısı

Volkov Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının sayca 4-cü komandanıdır. Ondan əvvəlki komandanların dövründə də ara-sıra erməni təxribatlarının şahidi olsaq da, bu işdə Rusiya sülhməramlılarını birbaşa günahlandıra bilməzdik. Düzdür, onların fəaliyyəti də bəzən mübahisə mövzusu olub. Amma indi Volkov açıq-aşkar təxribatlara göz yumur və ermənilərə şərait yaradır. Buna səbəb Volkovun sülhməramlıların nəzarət etdiyi ərazilərdə, daha dəqiqi, Xocalının Pirlər kəndində qurduğu biznesi qorumaq istəyidir. Bundan başqa, onun azərbaycanlılara düşmənçilik münasibəti sərgilədiyi də bildirilir. Əcəb sülhməramlıdır. Bəs, Azərbaycan Volkovun daha neytral fiqurla dəyişdirilməsinə nail ola bilərmi? Leyla Behbudlunun süjetində. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top