Erməni general Rusiyanı kəskin ittiham etdi - Baku TV

Erməni general Rusiyanı kəskin ittiham etdi - Baku TV Vaxtilə Qarabağdakı separatçı rejimin “müdafiə naziri” olmuş generalı Samvel Babayan Ermənistanın yerli televiziyasına müsahibəsində Vətən müharibəsindəki məğlubiyyətə görə birbaşa Rusiyanı ittiham edib. Samvel Babayan əvvəlcədən sifariş edilməsinə baxmayaraq, Rusiyanı “Tor” zenit-raket komplekslərinin təchizatını müharibə vaxtı qəsdən gecikdirməkdə də günahlandırıb. Erməni generalı xatırladır ki, oktyabrın 26-da və 27-də fəal danışıqlar gedirdi. Azərbaycan tərəfi bildirirdi ki, Şuşanı azad edənə qədər dayanmaq niyyətində deyil. Ona görə də Babayanın fikrincə, Rusiya zenit-raket komplekslərinin təchizatını ləngitməklə vaxtı uzatmaq istəyirmiş. Onu da qeyd edək ki, Samvel Babayanın Ermənistanın məğlubiyyətinin səbəbini Rusiyanın “Tor” komplekslərinin təchizatını gecikdirməsi və ya nasaz “Buk” komplekslərinin təklif edilməsi ilə əlaqəli olduğunu deməsi sadəcə bəhanədir. Çünki Azərbaycan müharibənin elə ilk saatlarındaca Ermənistan ordusunun Qarabağdakı
Back to Top