Bəşər övladının öz gizli qalan istəyi var,
Ona qurban kəsəcəkdir, verəcək hər nəyi var.
Çünki röyada və xulyadəki gördüklərimiz,
Mümkünat aləmidir, hər birinin gerçəyi var.
Haqqı aşkar eləyən Kərbubəla sərvərinin,
Xanimanı dağılıbdır, dolu qan köynəyi var.
Nazilər tük qədəri amma üzülməz doğru,
Çün onun həzrəti Həxdən həmişə dəstəyi var.
Qul bilər quldar üçün qulluq onun sən’ətidir,
Əsli şəxsiyyətin azadəliyiyçün səyi var.
Mədəniyyət beşiyi qosqoca Şərqin hələ də
Yaşayır şahı, hələ hambalı var, təlxəyi var.
Mirfayaz, cism ilə candan kəsi qorxub susmaz
Gər ki dərk eyləsə tez-gec bir ölü cəmdəyi var.
Mirfayaz Likməkani
Tk:
#mirfayazlikmekani #qəzəl