Mirfayaz Likməkani - Sonda özəllər qaldı (qəzəl)

O gözəllikdən əlamət bu xəzəllər qaldı, Bağda bağbanəsə zəhmət çəkən əllər qaldı. Yaxşı ki qoydu nişanə nəsə, rəssam çəkərək, Yaxşı ki şair olan yazdı, qəzəllər qaldı. Qədrini bildisə kim, saxlayacaq xatirəsin, Təkcə aləmdə bu minvalla gözəllər qaldı. Gəlsə də fəsli-payız, ruhu o ilkin baharın, Necə qəlbimdə ki qalmışdı əzəllər, qaldı. Mirfayaz, bolluğa düşdün, çoxuna dost oldun, Getdi birdən neçəsi, sonda özəllər qaldı. Mirfayaz Likməkani #mirfayazlikmekani #qəzəl #əruz #şeir #ədəbiyyat #payız #sonbahar
Back to Top