İnanmıram sevgimiz bir badə şərabmış,
Məhəbbətsiz ötən hər gün inan əzabmış.
Yollarımız çətin ki, hardasa qovuşa,
Bu dünyanın gündüzü gecəsi sovuşa.
Yalvarıram, əzablardan al məni qurtar,
Yuxularda əlimdən tut özünlə apar...
O dünyada bəlkə ruhumuz qovuşacaq.
Sənsiz ürək qiyamət qoparacaq!
Darıxıram, dünyam sənsiz qürbət olarmış,
Gecə gündüz göylərimiz qəmlə dolarmış...
Yağış yağa bəlkə qəmi kədəri yuya,
Ayrılıqdan bu dünyamız bəlkə də doya!
1 view
67
7
13 years ago 00:03:59 435
Black january (Azerbaijani: Qara yanvar) 20 yanvar şəhidləri - Flora Kərimova