Bu günün əzabısan, dünənin səvabısan
Peşmançılığ hissinin içimdə cavabısan
Oxunmayan rəflərin tozlanan kitabısan
Nə tozunu silərəm,nə də ki oxuyaram
Sözlərin sənə qalsın, çox sağ ol minnətdaram
Sənə dönən deyiləm dənizdə gül bitirsən,
Quş südünün yanında avqustda qar gətirsən
Yaddaşımı da silsən, keçmişi də itirsən
Nə sənə sarılaram nə girərəm qoluna
Axı nəzir vermişəm,çıxmıyacam yoluna
Nə sən o əvvəlki sən, nə mən o mən deyiləm
Səninlə nə danışıb nə də dinən deyiləm
Özümə yüksəlmişəm, sənə enən deyiləm
Şərait yaradaram? Mənə doğru çıxasan?
Nərdivanın birinci pilləsindən qısasan
İnancıma, dinimə, əqidəmə qarşısan
Dekabrın qarı mən, aprelin yağışısan
Nə vaxtdı yoxdu xəbər, ümidvaram yaxşısan.
Ciddiyə alma məni, nə var, nə yox edirəm,
Bəlkə bu azdır sənə, bəlkə də çox edirəm...
Sənə qəzəl yazılmaz, sən hecalıq şeirsən
Heca-heca bölünüb, tələffüzdə bitirsən
Saçlarını yolursan, üz-gözünü didirsən
İşinə bax bunların, faydası yoxdur daha
Gözünün gözlərimdə aynası yoxdur daha
Fərman Kərim ✒️
#şeir #ədəbiyyat