Azərbaycan - Türkiyə orduları: Türk Ordusu -Turan Ordusu!

Azərbaycan - Türkiyə orduları: Türk Ordusu -Turan Ordusu! Türkiyə Milli Müdafiə Nazirliyi “Qış təlimi-2021”-dən yeni görüntülər paylaşıb Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər paylaşıb. Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter“ səhifəsində paylaşımda deyilir: “Qəhrəman komandolarımız qardaş Azərbaycan ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidə gününə hazırdırlar”. Qeyd edək ki, bu gün təlimlər çərçivəsində Müşahidəçi günü olacaq.
Back to Top