Zəlimxan Yaqub - Mən ürəyi ürək kimi saxlamadım / Öz səsi ilə / şeirl<
MƏN ÜRƏYİ ÜRƏK KİMİ SAXLAMADIM
Mən bilmədim sına bilər, yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim, bir baxışdan dona bilər?
Mən ürəyi ürək kimi saxlamadım.
Qohum gəldi, qonşu yığdı, yad apardı,
Qəmli gələn qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.
Xeyrə-şərə, toya-yasa yüyür dedim,
Taleyinə yaralanmış cüyür dedim,
Qızdır onu harda kim üşüyür dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm, dumanıyam, fərya