Fərqli qadın
Müəllif: Nüsrət Həsən
Səsləndirdi: Elman Hüseynov
Sən fərqli qadınsan, hamıdan fərqli,
Səni anlamaq da asan iş deyil.
Gah xoşbəxt olursan, gah da ki dərdli,
Bu sənin ruhundu bu vərdiş deyil..
~~~~~~~~~~~~~~~~~~
Çətindən çətinsən, qəlizdən qəliz,
Bir üzün güləndə, biri ağlayır.
Kiminə dəlisən, kiminə dərdsiz,
Dərin baxışların ürək dağlayır..
~~~~~~~~~~~~~~~~~~
O qara gözlərin, şirin sözlərin
Adamı sahildən sahilə çırpır.
Sənsən su pərisi bu dənizlərin
Nurundan buludlar gözünü qırpır..
~~~~~~~~~~~~~~~~~~~
Gəl məni qınama, incimə məndən
Səni
1 view
323
95
1 year ago 00:01:34 1
Fərqli qadın - Nüsrət Həsən / Sən fərqli qadınsan
3 years ago 00:02:18 2
“Ayrılıqların təkrarı” romanı - Aqşin Evrən və Xəzər Süleymanlı