Aşıq Ələsgərə / Ələsgər çağırdım, Ələsgər dedim - Zəlimxan Yaqub #zelimxanyaqub
AŞIQ ƏLƏSGƏRƏ
#zəlimxanyaqub
Könlümdə yaşadıb könül varımı,
Sazımı eşqinlə çalmışam, ustad.
Aylarla oxuyub qoşmalarını,
İllərlə xəyala dalmışam, ustad.
Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qaça bilmirəm.
Bağlama demisən, bircə bəndinə,
Bir ömür qoymuşam, aça bilmirəm.
Ürəyin yanğısı tellərə düşüb,
Cinas ilmələnib, təcnis toxunub.
Yazıya düşməmiş dillərə düşüb,
Ellərin dilində əzbər oxunub.
Sən elə qatmısan balı qaymağa,
Dadan ləzzətindən doymur, ay ustad!
Sözün şöhrətini