Ruzinin artması üçün bunlara əməl et - Hacı Şahin - Ruzini artıra bilən əməllər
🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin -
✏️Ruzinin artması üçün bunlara əməl et - Hacı Şahin - Ruzini artıra bilən əməllər
Biz hamımız sevirik ki, maddi cəhətdən ehtiyacsız olaq və başqalarından asılı olmayaq. Ürəyimiz istəyən hər bir şeyi ala bilək və pula görə qəm yeməyək. Lakin bəzən hər nə qədər səy etsək də, yenə də maddi cəhətdən ehtiyacsız ola bilmirik.
Allah Öz mübarək adına and verərək buyurur ki, ruzini çatdıran Odur. “Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib)”. (“Zariyat” 23).
Quranda oxuyuruq ki, Allah Təala insana saysız-hesabsız ruzi və bərəkət verər. Bəs kimlər bu ruziyə şamildirlər? “Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”. (“Bəqərə” 212).
“Dedi: O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir”. (“Ali-İmran” 37).
“Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir”. (“Nur” 38).
Biz insanların səhvi bundadır ki, ruzini ancaq maddi tərəflərdə axtarırıq. Halbuki, ola bilər ki, Allahın bizə verdiyi ruzi maddi olmasın.
Bəzilərimizin nəzərinə görə, hər kimin pulu çoxdursa, o, zəngin insandır. Hamı həsrət gözü ilə ona baxıb deyər ki, nə qədər xoşbəxt insandır.
Halbuki, Quranın nəzərinə görə ruzi maddi olmayan nemətlərə də şamil olur: vilayət, hidayət, elm, təqva, yaxşı həyat yoldaşı, saleh övladlar, layiqli ata və ana, hüzur, ümid, təhlükəsizlik, cisim sağlamlığı, ruh sağlamlığı kimi.
Bütün bunlar Allahın bizə verdiyi sönsuz nemətlərdir. O qədər zəngin insanlar vardır ki, cisim sağlamlığından və ya ailə səadətindən məhrumdurlar. O qədər zəngin insanlar vardır ki, həyat yoldaşının əlindən əziyyət çəkir və cana gəlirlər.
Hər bir canlının ruzisini Allah verər. “Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. (“Hud” 6).
Bəs nə edək ki, ruzimiz artsın?
Adətən bəzi paltar satılan mağazaların qapılarında yoxlama aparatları quraşdırılır ki, oğurluq paltarı müəyyən edə bilir və səs salır. Bizim günühlarımız da belədir, nə zaman günahlarımız çox olarsa, ruzimiz azalar. Günah ruzini azaldar.
“Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).
Sizlərdən bəziniz deyə bilərsiniz ki, bəs zəngin insanların çoxu günah edir, ruziləri niyə azalmır? Cavabında deyə bilərik ki, ruzi dediyimiz kimi ancaq maddi ruzi nəzərdə tutulmur. Günahkar insanın məhrum olduğu ruzi mənəvi də ola bilər: sağlamlıq, gözəl ailə, saleh övlad kimi.
Ruzini azaldan günahlara namazı tərk etməyi, valideynə hörmətsizlik etməyi, haram mal yeməyi misal göstərmək olar. Əksinə, namazı əvvəl vaxtda qılmaq ruzini artırar.
İmam Rza (ə) buyurur: “Allah Təala peyğəmbərlərindən birinə vəhy edir ki, nə zaman itaət olunsam, razı oluram. Razı olan zaman bərəkət verirəm. Mənim bərəkətim sonsuzdur.
Hər kim nəfsini günah qarşısında hifz edər, cavanlıq sərmayəsini günahla çirkləndirməz, gözlərini bağlayar, dilinə nəzarət edər, başqalarına əziyyət verməkdən çəkinər - Allah ona hədsiz-hesabsız ruzi verər”.
Ruzini artıra bilən əməllər: namazı əvvəl vaxtda qılmaq, gündəlik Quran oxumaq, “Zariyat”, “Vaqiə” surələrini oxumaq.
✅ Rəsmi İnstagram linkimiz:
✅ Kanala ABUNƏ ol:
✅ Rəsmi Veb-səhifəsi:
✅ Rəsmi Facebook səhifəsi:
✅ Rəsmi Instagram səhifəsi:
✅ Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol -
✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
✆Admin Whatsapp 994-070-878-72-62
✅ISLAM TV Official
🔔Abunə ol
1 view
642
169
9 months ago 00:12:12 1
Ruzinin artması üçün bunlara əməl et - Hacı Şahin - Ruzini artıra bilən əməllər