İlham Əliyevə səs verən şəxslər özlərini yandırmaq istəyib

Özlərini “MTN qurbanları” adlandıran Azərbaycan vətəndaşları Sevda Süleymanova və Elmidar İsmayılov Şəhidlər Xiyabanında aksiya keçiriblər. Problemləri həll olunmazsa, intihar edəcəklərini deyən vətəndaşlar özlərinə od vurmaqla bunu sübut etməyə çalışıblar. Nəticədə E.İsmayılovun əlləri yanıb. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən təzyiqlərə məruz qalan vətəndaşlar haqlarının bərpa olunmasını istəyirlər. Kanala abunə ol - WebSite:
Back to Top