Elnarə Xəlilova ft. Qan Qrupu — Təlqin (Rəsmi Musiqi Videosu)

Elnarə Xəlilovanın Qan Qrupu ilə birgə ifa etdiyi “Təlqin“ mahnısının klipi artıq onlayndır. Elnarə Xəlilovaya YouTube-da abunə ol: Söz: Vahid Mustafayev Musiq: Laz xalq mahnısı Digər klipləri izləmək üçün: Keçid: Elnarə Xəlilovanı sosial şəbəkələrdə izlə: Facebook: Instagram: Twitter: Genius: Elnarə Xəlilovanı rəqəmsal platformalarda dinlə: Keçid: Sözlər: [Bənd 1] Sabahın... Sabahın xeyir, mənim son daşım Doğulan gündən mənim yoldaşım Qorxularımdan çıxan sirr daşım Oldu qanıma qəltan Günortan... Günortan xeyir, yarılan qaşım Yarımçıq qalan mənim savaşım Canımı alan doğma qardaşım Əridi mənim şamım Axşamın... Axşamın xeyir, mənim başdaşım Boyumu ölçən uzun qamışım Apara bilmədiyim daş-qaşım Candan doymayan yaşım [Bənd 2] Qorxuram! Qorxuram atdığım səhv addımlardan Keçə bilmədiyim imtahanlardan Sol əlimə verilən kitablardan Qarşıdakı sorğu-sualdan Qorxuram! Qorxuram istidən, yanan alovdan Susuzluqdan çatlayan dodaqlardan İçimdə qaynayan duru poladdan Yuxarıda duran paklardan Qorxuram! Bağlı ağız, hərəkətsiz əllərdən Raqibin verdiyi həqiqətlərdən Ölmüş qardaş cəsədini yeməkdən Mən nəkirə nəsə deməkdən Elnarə Xəlilova və Qan Qrupu tərəfindən ifa olunan “Təlqin“ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro“ MMC tərəfindən qorunur. © 2022 Etiketlər: #ElnarəXəlilova #Təlqin #mikpro
Back to Top