Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır.
Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də şov imtina etdi.
Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
1 view
385
115
4 months ago 00:14:58 1
Андрей Разин на канале НТВ в программе О Боже какой скандал! с Леонидом Закошанским (2013).