söz: Vüsal Talıbov
mus: Ruslan Səfəroğlu
QARANLIQ HAVA
O getdi, dəyişdi, bir anlıq hava
Bu olanlar nəsə qorxudur məni
Gedişi, yoxluğu, qaranlıq hava
Gəl indi onu düşün, yatma gecəni
Nəq:
Bu qədər acımasız biri olma
Görmürsən əcəl də dirənib onsuz
Mən səni gözlərəm, narahat olma
Gözlər gözləməyə öyrənib onsuz
Bir nəfər tapmıram dərdimi deyim
Nəfəs ala bilmirəm boğulmuşam mən
Özümdən çox özgənin dərdin çəkirəm
Sanki onlar üçün doğulmuşam mən