Ukrayna Ordusu rusiyalı generalı əsir götürüb? - BAKU TV
Ukrayna Ordusu rusiyalı generalı əsir götürüb? - BAKU TV
Aktual xəbərlərimiz
Bir neçə gün əvvəl Ukrayna Ordusu Xarkov istiqamətində bir qrup rusiyalı hərbçini əsir götürüb.
Ukrayna, eləcə də Rusiya teleqram kanallarında yayımlanan məlumatlarda bildirilir ki, əsir götürülənlər arasında Rusiya Ordusunun general-leytenantı da var.
Sözügedən generalın kimliyinə dair məlumatlar yayılıb. Belə ki, əsir götürülən yüksək vəzifəli hərbçinin “Qərb” qoşun qrupunun komandiri olan general Andrey Sıçevoy olduğu deyilir.
Bildirilir ki, Ukrayna Ordusunun Balakleya şəhəri yaxınlığında əsir götürdüyü hərbçi ilə Sıçevoy zahirən çox oxşardır.
Qeyd edək ki, məsələ ilə bağlı nə Rusiya, nə də Ukrayna tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
#bakutv #ukraynaordusu #rusiyaligeneral #esirgoturub #bakutv #bakutvnews #xəbərlər