“ Rossiya 1 “ Qarabağda reportaj hazırlayıb - BAKU TV

“ Rossiya 1 “ Qarabağda reportaj hazırlayıb - BAKU TV Aktual xəbərlərimiz Rusiyanın “Rossiya 1” telekanalının işğaldan azad edilən Azərbaycan torpaqları ilə bağlı hazırladığı reportaj Ermənistan ictimaiyyətində birmənalı qarşılanmayıb. Onlar hesab edir ki, Rusiya telekanalının hazırladığı material erməni xalqını alçaldıb. Belə ki, “Vesti Nedeli” verilişinin efirində müxbir Aleksandr Buzaladze Qarabağın 30 ilə yaxın işğalı zamanı ermənilərin orada törətdiyi vandalizmdən danışıb. Süjetdə Qarabağın işğaldan azad olunduqdan sonra şəhərlərin infrastrukturunun və mədəni irsinin bərpasından bəhs edilir. “Azərbaycanlılar ilk növbədə yol şəbəkəsini bərpa ediblər, hava limanı artıq tikilib və bu xarabalıqlar üzərində yeni Füzuli yaşayış kompleksinin tikintisinə başlamağı planlaşdırırlar. Füzuli Beynəlxalq Hava Limanı artıq ilk sərnişinləri qəbul edib. Ərazidə təhlükəsizlik tədbirləri Azərbaycan polisi tərəfindən təmin edilir”, - deyə rusiyalı müxbir bildirib. Daha sonra Aleksandr Buzaladze Şuşaya yollanıb və orada hətta saçını Anar adlı bərbərə kəsdirib. Beləliklə, hər zaman Rusiya mətbuatında özlərinə qarşı “isti” münasibətə öyrəşən ermənilər “Rossiya 1”in Azərbaycanla bağlı hazırladığı materialdakı obyektiv yanaşmaya dözümsüzlük göstərib. Erməni teleqram kanalları bu xəbəri “qeyri-dost addım” adlandırıb və Rusiyanın Ermənistandakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasını tələb ediblər. Ermənilər sosial şəbəkələrdə telekanalın ölkədə yayımının dayandırılması və ya ən azından barəsində tədbir görülməsi üçün çağırışlar da ediblər. Maraqlıdır, görəsən, ermənilər səfirə hansı arqumentləri təqdim edəcəklər? 30 il ərzində törətdikləri vandalizmin müttəfiq ölkə tərəfindən işıqlandırmasımı erməniləri qıcıqlandırıb, yoxsa Azərbaycanın Qarabağı yenidən quraraq mədəniyyət ocağına çevirməsi? Görünən isə odur ki, ermənilər uğursuzluqlarını ört-basdır etmək üçün həmişəki kimi “günah keçisi” axtarırlar. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV “ Rossiya 1 “ Qarabağda reportaj hazırlayıb #bakutv #rosiyya1 #qarabgdareportaj #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top