mam Xamenei ran R-n D zamannda Suriya v raqda olmasnn sbblrini aqlayr D thlksizlik bombas demkdir
☄️ İmam Xamenei İran İR-ın İŞİD zamanında Suriya və İraqda olmasının səbəblərini açıqlayır
İŞİD təhlükəsizlik bombası deməkdir. İŞİD İraqda, Suriyada və regionda, daha sonra əsas məqsədi olan İran İslam Cümhuriyyətində sabitliyi pozmaq istəyirdi. Bu, əsas və son məqsəd idi. İŞİD-in mənası budur.
Qüvvələrimiz iki səbəbdən həm İraqda, həm də Suriyada mövcud idi; Səbəblərdən biri müqəddəs hərəmlərin hörmətini qorumaq idi. Çünki mənəviyyatdan, dindən uzaq olanlar müqəddəs hərəmlərlə düşmən idilər və onları məhv etmək istəyirdilər. Necə ki, bunu Samirrada etdilər. Bu işi Kərbəlada, Kazmeyndə, Nəcəfdə və Dəməşqdə görmək istəyirdilər. İŞİD-in məqsədi bu idi. Aydın məsələdir ki, Əhli-beyti (ə) sevən qeyrətli mömin bir cavan heç vaxt belə bir hadisənin baş verməsinə icazə verməyəcək. Bir səbəb bu idi.
Digər səbəb isə təhlükəsizlik məsələsi idi; Rəsmilərimiz vaxtında başa düşdülər ki, bu təhlükəyə orada son qoyulmasa, genişlənəcək və bu təhlükə böyük ölkəmizin hər yanına yayılacaq. İŞİD-in təhlükə fitnəsi sıradan bir təhlükə deyildi. Yadınızda olduğu kimi Şahçıraq, Kerman və İslami Şura binası hadisəsində böyük faciələr törədə bildilər.
Əmirəl-möminin (ə) buyurur: “Öz evində düşmənlə mübarizə aparan xalq zəlil olar.“ Ona görə də qüvvələrimiz, görkəmli generallarımız bu ölkələrə getdi. Əziz şəhidimiz Süleymani və onun silahdaşları əvvəl İraqda, sonra Suriyada oranın cavanlarını təşkilatlandırdılar, silahlandırdılar, bu ölkələrin öz gəncləri İŞİD-in qarşısında dayandılar, İŞİD-in belini qırdılar və nəhayət qalib gələ bildilər.
#İran
#Suriya