Qaraqan — Ekzistensial

Qaraqanın “Ekzistensial“ mahnısında müxtəlif şəhərlərdəki gənclərin ekzistensial krizisləri, məna axtarışları və xaotik həyat tərzləri təsvir edilir. Mahnıda gənclərin müxtəlif həyat tərzləri və yanaşmalarına baxmayaraq, əsas suallar — həyatın mənası və məqsədi — eyni qalır. Bəzi gənclər bu məna boşluğunu içki, seks və dəb ilə doldurmağa çalışır, digərləri isə yaradıcılıq və kitablar vasitəsilə axtarışa çıxır. Nəticədə, müxtəlif ideologiyalar və yanaşmalar Mədrəsə adlandırılan qeyri-müəyyən bir məvhumda birləşir. Mədrəsənin nə olduğu açıq şəkildə bəlli deyil. Ən sonda, Qaraqan ilə ixtiyari bir dinləyici arasında baş verən dialoq onların bir-birini heç anlamadığını göstərir. Bu dialoq, fərqli dünyagörüşləri və ekzistensial axtarışlar arasındakı dərin anlaşılmazlığı vurğulayır. Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır! Instagram Spotify X İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin Rəsmi saytımız: *** Vərəqləyir Sartrı [1] Yuxusuz gecələrin sayını artırır Jack Daniels [2] ilə beynindəki dialoq Dofaminə [3] dəyişir xoşbəxtliyin edir barterin [4] Do, fa, mi, yeni bəstəsi dahi Yenə sabah durub deyəcək “elə-belə” Deyil Dali [5], amma fırçasın hərdən ağ kətanlara batırır Starbucks, Netflix, fast food, tennis Gecələr “Barlar Sokağı”, cover, Elvis [6] Kəmərdən aşağı comedy — “pussy” ya penis [7] Nə tapdı doldurur içinə, bəlkə bu qaytara həyatın dadını Hər səhər qəlbində yeni bir ölmüş ümidin meyidi tapılır Bura Berlin, NYC Bura miqren [8] , yaş otuz Bura Taksim, gecə vapur [9] Bura Bakı, içi bumbuz Bura Madrid, bura Moscow Abu Dhabi, dance go go [10] Durum acil, 911 2% bura low mode [11] Bura Belis, bura Paris Bura offline, bura SoHo [12] Yarı okey, yarı fucked up [13] Elə belə, bura so-so [14] Bura dolu neçə milyon Amma gedir hamı yolu solo Kimi sağçı, kimi solçu, kimi nazi, kimi all those [15] Sözlərim qıcıqlandırır Çünki dəyər verdiyin hər şeyi kiçikləndirir Lap de buna jazz, amma yanacaq “cız” Eləyəcək için, necə içi təndirin Dediklərim doğru — bunu çoxu içində bilir Yalanın dünyası ona görə həqiqəti çoxu içində sevir İçi qəbiri, demədiyi sözlərin içi qəbiri Nəyi gətirdim, heç bilmirsiz sizə nəyi gətirdim De, nəyi gətirdin? Mədrəsədə gözlər çıxacaq kəlləyə Çıxacan Kəllə-Kəlləyə [16] ? Yox, Mədrəsədə gözlər çıxacaq kəlləyə Nəyə? Sənin gözlərin çıxacaq Mədrəsədə kəlləyə Niyə? Çünki həqiqəti böldüm Dərəcələrə [17] Necə? (skit) Ay qağa, sən nəsə deyirsən, heş zad başa düşmürüy, sən nə deməy istiyirsən? Bura Berlin, NYC Bura miqren, yaş otuz Bura Taksim, gecə vapur Bura Bakı, içi bumbuz Bura Madrid, bura Moscow Abu Dhabi, dance go go Durum acil, 911 2% bura low mode Bura Belis, bura Paris Bura offline, bura SoHo Yarı okey, yarı fucked up Elə belə, bura so-so Bura dolu neçə milyon Amma gedir hamı yolu solo Kimi sağçı, kimi solçu, kimi nazi, kimi all those [1] Jan Pol Sartr (Jean-Paul Sartre), XX əsrin ən nüfuzlu fransız filosoflarından biridir. Sartr ekzistensializm fəlsəfəsinin ən tanınmış nümayəndələrindən biri hesab olunur. Burada QQ xəyali bir gəncin özünü axtarışlarla məşğul olduğunu bildirir. [2] Jack Daniel’s məşhur bir Amerika viski markasıdır. [3] Dopamin beyində zövq və motivasiyanı tənzimləyən, hərəkətlərin koordinasiyasında rol oynayan, öyrənmə və yaddaşa kömək edən, həmçinin ruh halını və davranışları təsir edən mühüm bir neyrotransmitterdir. Burada eyni gənc və ya başqa birisi içki ilə beynində danışır. Həqiqi xoşbəxtlik hissini içkidən gələn Dofamin həzzinə dəyişir. [4] Barter, mal və xidmətlərin pul istifadə etmədən bir-birinə dəyişdirildiyi bir ticarət sistemidir. Məsələn, bir şəxs bir məhsulu digər bir məhsulla dəyişdirə bilər. Bu sistemdə tərəflər bir-birinin ehtiyaclarını qarşılamaq üçün məhsul və ya xidmətləri mübadilə edir. [5] Salvador Dalí, İspan sürrealist rəssamıdır. O, 1904-1989-ci illərdə yaşamışdır. Dalí həmçinin qeyri-adi və bəzən provokativ tərzi ilə, geniş spektrdə yaradıcılıq fəaliyyətləri ilə — rəssamlıq, heykəltəraşlıq, yazı və dizayn — məşhurdur. QQ daha bir gənci təsvir edir, bu gənc isə öz yaradıcılığından gah razıdır, gah narazı. Gah ciddi məşğul olur, gah atır. [6] Elvis Presley, ABŞ-ın məşhur müğənnisi və aktyorudur. 1935-1977-ci illərdə yaşamışdır və “Rock and Roll Kralı“ olaraq tanınır. Daha ətraflı burada:
Back to Top