“Gəncə adlı salnamə“nin ana xəttində qədim Gəncəyə səyahət durur. Burda habelə şəhərin ayrı-ayrı məhəllələrinin dünəni, bugünü, keçdiyi həyat yolu barədə məlumat verilir. Proqramda mahiyyət təşkil edən əsas amillərdən biri də adları dəyişdirilən, təhriflərə məruz qalan və ya ümumiyyətlə, günümüzdə məhəllə anlamı kimi səciyyəvi xüsusiyyətini itirən, köhnə yaşayış massivlərini araşdırıb, əsaslı şəkildə tamaşaçıya göstərməkdir. “Gəncə adlı salnamə“, öz üzərinə düşən lazımi missiyalardan birini də, bu şəhərin özünəməxsusluğuna çevrilən qədim abidələrin, məscid və karvansaraların, bazarların tarixini araşdırmaqda görür.
Proqram boyu müxtəlif məhəllələrdə yaşayıb-yaradan, tanınan və tanınmayan insanlar, xalq arasında xüsusi nüfuza malik olan şəxsiyyətlər, habelə adını Azərbaycan və Gəncə tarixinə yaşadığı şərəfli həyat yolu ilə yazdıran ziyalıların ömür cığırına da səfər olunacaq.“ Gəncə adlı salnamədə“, dəlil kimi, əsasən şəhər ziyalıları, məhəllə ağsaqqal və ağbirçəklərinin söyləyəcəkləri fikirlər, həmçinin tari