Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - BAKU TV
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - BAKU TV
Bu barədə Praqada Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Yelisey Sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan BMT-nin Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
“Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə keçiriləcək.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”, - deyə bəyanatda qeyd olunub.
Aktual xəbərlərimiz
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
#bakutv #ermənistan #azərbaycan #erazibutovluyu #xerite #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #qarabag #qarabagda #veziyyet #qarabağda #vəziyyət