Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətini təşkil edən şəxslər həbs edilmişlər.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.
Araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin , , (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və ü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
27 views
552
111
1 year ago 00:03:41 17
Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətini təşkil edən şəxslər həbs edilmişlər.
2 years ago 00:01:29 4
MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilib - BAKU TV
2 years ago 00:00:24 3
Ermənilərin döyüş mövqeyində yanğın - BAKU TV
2 years ago 00:00:36 5
İrandakı səfirimiz dözmədi, hərəkətə səsləyən tvit paylaşdı - BAKU TV
2 years ago 00:03:15 2
Qarabağda 30-a yaxın ölkə qanunsuz istismarla məşğul olub - BAKU TV
2 years ago 00:01:40 4
Xankəndi-Laçın yolunda sülhməramlılar hərbi texnikalarını geri çəkdi - BAKU TV
2 years ago 00:04:57 6
Azərbaycanın Ermənistana verdiyi vaxt bitir
2 years ago 00:03:47 22
Azərbaycan sülhməramlıların müvəqqəti yerləşdirildiyi əraziyə mütəxəssislər göndərib - DETALLAR
2 years ago 00:03:50 7
Qarabağda təbii sərvətlərimiz talanır - BAKU TV
2 years ago 00:04:15 2
Ruben Vardanyan general Volkovu Qarabağda rüşvətlə susdurur
2 years ago 00:02:32 16
Rusiyanın Qarabağdakı gizli planı - BAKU TV
2 years ago 00:01:07 1
Aşkarlanan minaların sayı açıqlandı - BAKU TV
2 years ago 00:02:36 9
Laçının strateji əhəmiyyəti - BAKU TV
2 years ago 00:02:11 8
“Qisas“ əməliyyatı ilə bağlı ictimai rəy - BAKU TV
2 years ago 00:02:26 32
Bu ərazilər nəzarətimizə keçdi - BAKU TV
3 years ago 00:00:51 6
Sülhməramlılar Qarabağda qanunsuz erməni birləşməsini məhv edib - BAKU TV
3 years ago 00:01:16 19
Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib
3 years ago 00:03:09 13
Rusiya Qarabağdan erməni silahlılarını çıxaracaq - BAKU TV
3 years ago 00:02:26 6
Separatçılar yeni təxribatlara hazırlaşır - BAKU TV
3 years ago 00:02:58 2
Ermənistanın müdafiə naziri Karapetyan hansı xain planı qurub? - Baku TV
3 years ago 00:00:56 5
408 erməni ailə Qarabağı tərk edərək İrəvanda məskunlaşıb - Baku TV
3 years ago 00:03:47 6
Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə Azərbaycan formalaşdırır - Baku TV
3 years ago 00:02:27 13
Ermənidən Qarabağda aparılan qanunsuz məskunlaşma etirafı - Baku TV
4 years ago 00:33:51 15
Dilqəm Əsgərovun erməni əsirliyində başına gələn inanılmaz söhbətləri