huseyn

Seyyid Taleh Boradigahinin yeni ilahisi “Oğlum Hüseyn“/Həzrəti Zəhra (s) dili ilə … YouTube’da yayında. Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ Söz : Kəniz Mus : Anonim Aranj : Fəriborz Xatəmi Qanına qəltan olan oğlum Hüseyn Ümmətə qurban olan oğlum Hüseyn Kim səni qərq etdi qızıl qanına Niyzə dəyib sinəyi suzanına Fatimə qurban yaralı canına Ləbləri ətşan olan oğlum Hüseyn Bərhəm olub getdi əsasın sənin Olmadı bir kəs tuta yasın sənin Bəs hanı əynində libasın sənin Sinəsi suzan olan oğlum Hüseyn Teşnə ləb öldürdülər qardaşını Firqəti qan eylədi göz yaşını Kim daldan kəsdi susuz başını Xanəsi viran olan oğlum Hüseyn Bəsləmişidim səni sinəmdə mən Gül bədənin qaldı yer üstündəsən Yox sənə bir qəbri qazan dəfn edən Peykəri üryan olan oğlum Hüseyn Gəldi anan dur başının üstünə Bəs nə salım yarələrin üstünə Şimr gedir xeymələrin üstünə Xeyməsi talan olan oğlum Hüseyn Ağlamışam sübhü məsa halına Qurban olum o yaralı canına Aldın Huseyn Əkbərini yanına Əsğəri ətşan olan oğlum Hüseyn Neyləsin axır bala bu Zeynəbin Bəs necə görsün yaralı peykərin Kim ki, kəsib zülmilə bu əllərin Zeynəbi nalan olan oğlum Hüseyn Hansı ana mən kimi nalan olub Kərbubəla də ciyəri qan olub Xeymələri zülmilə talan olub Xeyməyə mehman olan oğlum Hüseyn Sən necə səbr etdin oğul qəmlərə Firqəti Əbbasi, Əli Əkbərə Oxlara nişanə Əli Əsğərə Bağrı qızıl qan olan oğlum Hüseyn Sən ki, imam idin axır ümmətə Nuri hidayət bu yaman millətə Saldılar axır səni min zillətə Xakilə yeksan olan oğlum Hüseyn Növhə tamam oldu “Kəniz” ağlaram Başıma mən indi qara bağlaram Oğlun Hüseynə mən əza saxlaram Ey kəfəni olmayan oğlum Hüseyn Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 Telegram 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #OglumHuseyn #SeyyidTaleh Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Back to Top