Xankəndidən DTX-ya gedən yol
Neqativ Top-5-mizdə 5-ci sima – Qarabağ separatçıları. Qarabağdakı ermənilərə “qaçın” dedilər, özləri isə Azərbaycanda qaldı. Onsuz da arzuları Bakıya gəlmək idi. Gəldilər. DTX onları özü gətirdi. Müharibə başa çatandan sonra Qarabağın bir hissəsinə Rusiya sülhməramlıları nəzarət edirdi. Bu ərazi boz zonanı xatırladırdı. Ermənistan silahlılarını Xankəndidən çıxarmır, separatçılar Laçın yolundan silah daşımaqda davam edir, İrandan Xankəndiyə terrorçular gəlirdi. Yəni Rusiya sülhməramlıları ilə birlikdə Qarabağda at oynadırdılar. Onlar çirkin planlar qurarkən biz ədalət planları qururduq. Apreldə Laçın yolunu nəzarətə götürdük. Bu dəfə “acından ölürük” yalanı ilə hay-küy saldılar. Yardım təklif etdik, “Azərbaycan çörəyini yemərik” dedilər. Sonrasını isə bu şəkil əks etdirir. Qarabağda antiterror tədbiri və son. 25 sentyabr, Qarabağ. Ermənilər Azərbaycanı tərk edir. Foto Nyu York Tayms-ın fotoqrafı Nanna Haytmana məxsusdur. Şəkil “Taym” jurnalının 2023-cü ilin ən yaxşı 100 fotosu siyahısına düşüb. Tanış mənzərə idi. 30 il öncə bizə yaşatdıqlarını bu dəfə özləri yaşayırdılar. Amma azərbaycanlılardan fərqli olaraq, rahat maşınlarda, əşyalarını yığaraq gedirdilər. Geriyə isə onlardan bu mənzərə qaldı.
Bizi İzləyin:
Whatsapp:
Facebook:
Instagram:
Teleqram:
Sayt:
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #kefşet