HACİ MEHTAB - ASTARA (Official Video)

Söz: Hacı Mehtab Musiqi: Elşad Həsənov Aranjıman: Elşad Həsənov Master Mix: Elşad Həsənov Rejissor : Hacı Mehtab Ssenari: Hacı Mehtab Operator: Sərvər Həsənov Təşkilatçı: Sərvər Həsənov Montaj: Hacı Mehtab Dron çəkiliş: Saleh Baxşıyev Prodüsser: Məsud Qurbanov Mahnının ərsəyə gəlməyində və çəkilişdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Əlaqə nömrəsi 994 70 398 99 90 Mahnı sözləri Nəqarət Görünür gör nə gözəl ,zövqi-səfa Astarada. Yaradıb möcüzələr çünki,Xuda Astarada. Bu taliş torpağının xeyli qədim tarixi var Təbiət möcüzəsi sanki tutub burda qərar Çox ziyali yetirib yurdumuz ücün bu diyar göz açıbdir neçə arif,üləma Astarada. Xoş olan mənzərəsi ruha hərarət gətirib Və təravət dolu çox növdə Çicəklər bitirib Bura Allah elə bir ruzi ve Nemət yetirib Tapar her xəstə olan bəndə şəfa Astarada. Şəhəri tərk elə sakit Təbiət qucağina gəl Quzunu çək şişə,nuş etməyə Çay qirağina gəl Get dolaş isti suyu,sonra Yanar bulağina gəl. Istəməzsənmi sən olmaq əcaba Astarada. Uca daglar necə gör mavi xəzərnən baxişir Cay limon baglarinin etri havayla qarişir Bu təbiət dil açib sanki adamla Danişir Əsərək Nəgmə qoşur badi səba Astarada. Qorunur saxlanılır xeyli qədim abidələr, Qalalar,məqbərələr,xoş görünən mənzərələr. Gur şəlalə axır,ətrafıda dağlar meşələr Bu gözəlliklərə gəl et tamaşa Astarada. Yeni tarix yazaraq qəhrəman oğlanlarımız Yaği düşmaniı qovub tökdü qan oğlanlarımız Vətən uğrunda gedib verdi can oğlanlarımız Var necə qazi ve ölməz şühəda Astarada.
Back to Top