“EFES 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub

“EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub. Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər. Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək. ____ На многонациональных учениях «EFES – 2024» выполнены очередные задачи В ходе многонациональных учений «EFES – 2024», проводимых в Турции с привлечением военнослужащих из разных стран, были выполнены очередные задачи. Согласно плану учений, военнослужащие стран-участниц выполнили практические стрельбы из стрелкового оружия различного калибра. Кроме того, были успешно выполнены задачи по ведению боя в населенном пункте и нейтрализации условного противника, оказанию первой медицинской помощи раненому военнослужащему и его эвакуации. Военнослужащие Азербайджанской Армии совместно с другими участниками успешно выполнили поставленные задачи. Отметим, что международные учения, проводимые в целях обмена опытом, организации совместной деятельности военнослужащих стран-участниц, повышения навыков штабных офицеров в принятии решений на карте, а также дальнейшего повышения уровня их профессионализма и подготовки, продлятся до 30 мая. ____ The next tasks were fulfilled at the EFES - 2024 multinational exercise The next tasks were fulfilled during the EFES - 2024 multinational exercise, held in Türkiye with the involvement of servicemen from different countries. According to the exercise’s plan, servicemen of the participating countries performed practical shooting with the use of various caliber small arms. Moreover, tasks on conducting battle in human settlements, neutralizing an imaginary enemy, providing first aid to wounded serviceman and evacuation were successfully accomplished. The Azerbaijan Army’s servicemen, along with other participants, successfully fulfilled the assigned tasks. It should be noted that the international exercise, aimed at exchanging experience, organizing joint activities of the servicemen of the participating countries, improving the skills of staff officers in making decisions on the map, as well as further increasing their professionalism and training, will last until May 30.
Back to Top