1 il əvvəl baş vermiş Gəncə hadisəsinin şahidləri Baku TV-yə danışdı

1 il əvvəl baş vermiş Gəncə hadisəsinin şahidləri Baku TV-yə danışdı Bu gün − oktyabrın 4-ü Ermənistan ordusunun Gəncədə mülki əhalini raket atəşinə tutmasından 1 il ötür. Ordumuz cəbhədə ard-arda qələbələr qazandıqca Ermənistan hakimiyyəti də məğlubiyyətin əvəzini mülki əhalidən çıxmağa cəhd göstərirdi. Bununla da onlar Azərbaycan Ordusundan fərqli olaraq, mübarizəni döyüş meydanında yox, mülki əhaliyə qarşı çirkin əməllər törətməklə aparmağa başlayırlar. Bunun nəticəsidir ki, Ermənistan silahlı qüvvələri ölkənin 2-ci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirməyə başlayır. Mərmilər mülki vətəndaşların yaşadıqları evləri tamamilə dağıdıb. Atılan mərmilərdən biri isə Əli Nəzmi küçəsində 12 ailənin yaşadığı binaya tuş gəlib. Həmin gün Gəncə yaddaşlardan silinməyən dəhşətli mənzərələrə şahidlik edib. Uşaqlar, qadınlar dağıdılan evlərin içərisindən bir-birinin ardınca çıxarılmağa başlayır. Bu gün də erməni terrorunun, vandalizminin izləri qalmaqdadır. Evləri dağıdılan mülki vətəndaşlar isə hər gün buralara
Back to Top