Alim Qasımov - Heydərbabaya salam

Musiqi / Music : Bəxtiyar Kərimov Sözləri / Lyrics : Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Heydərbaba, ildırımlar çaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şövkətizə, elizə, Mənim də bir adım gəlsin dilizə!.. Heydərbaba, gün sinəni dağlasın, Üzün gülsün, bulaqların ağlasın, Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana. Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus, bəhrə yetirməz… Heydərbaba, yolum səndən kəc oldu, Ömrüm keçdi, gələmmədim, gec oldu… Heç bilmədim, gözəllərin nec oldu, Bilməz idim, döngəlik var, dönüm var, İtginlik var, ayrılık var, ölüm var…
Back to Top