Şövkət Ələkbərova — Qara Gözlərin (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.1” albomundan “Qara Gözlərin“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Sevda İbrahimova Söz: Mirzə İbrahimov Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Hüsnünün seyrindən doymayır ürək Nə bəladır sənin qara gözlərin? Bir baxışda min cadu oxuyur Ömür çırağıdır yara gözlərin [Nəqərat] Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin [Bənd 2] Xəyalın fikrimi oynatdı birdən Qəlbimdə əksini gördüm bir səhər Saymadın, salmadın mənə bir nəzər Baxırdı, bilmirəm, hara gözlərin [Nəqərat] Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin [Bənd 3] Zamanə qızısan, mübariz, qoçaq Heyif ki, düşmüsən bizlərdən qaçaq Bir de mən də bilim, nə zaman, haçan Edəcək dərdimə çara gözlərin [Nəqərat] Gah coşub, gah xumar-xumar baxanda Şimşək kimi başım üstdə çaxanda Atəş olub dərdli canım yaxanda Uymasın, amandır, yada gözlərin Şövkət Ələkbərova tərəfindən ifa olunan “Qara Gözlərin” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #QaraGözlərin #mikpro
Back to Top