Şövkət Ələkbərova — Gəldi Xoş Bahar (Rəsmi Audio)
Şövkət Ələkbərovanın “İfalar, Vol.5” albomundan “Gəldi Xoş Bahar“ ifası artıq onlayndır.
Şövkət Ələkbərovaya YouTube-da abunə ol:
Musiqi: Ramiz Mirişli
Söz: Fikrət Qoca
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid:
Genius:
Sözlər:
[Bənd 1]
Gəldi xoş bahar, çiçəklər oyandı
Açdı qızılgül, yolumda dayandı
Durdun yolumda, sən aldın fikrimi
O qızılgül kimi, o qızılgül kimi
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
[Bənd 2]
Gəldi qaranquş qoşulub küləyə
Gəldi nəğməsi bülbülə köməyə
Yağdı nəğmələr yarpaqlar üstünə
İlk bahar üstünə, ilk bahar üstünə
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
[Bənd 3]
Baxdın, baxışın laləni bəzədi
Güldün, gülüşün güllərə bənzədi
Gəldin, gəlişin gətirdi baharı
Bəzədi yolları, bəzədi yolları
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
Gəldi xoş bahar...
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Gəldi Xoş Bahar” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #GəldiXoşBahar #mikpro