Şövkət Ələkbərova və Xan Şuşinski — Ay Gözəl (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.1” albomundan Xan Şuşinskinin iştirakıyla “Ay Gözəl“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi/Söz: Xalq Mahnısı Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1: Xan Şuşinski] Ay gözəl, gedək gəzməyə bağa Ay gözəl, gedək gəzməyə bağa Qoy bir az baxım o gül yanağa [Şövkət Ələkbərova] Yanaqlarımı neynirsən, oğlan? Dağlarda çiçək görməmisənmi? Yanaqlarımı neynirsən, oğlan? Dağlarda çiçək görməmisənmi? [Bənd 2: Xan Şuşinski] Ay qız, sevmişəm gül camalını Ay qız, sevmişəm gül camalını Bir insaf elə, göstər xalını [Şövkət Ələkbərova] Oğlan, gəl burax xam xəyalını Məgər hil, mixək görməmisənmi? Oğlan, gəl burax xam xəyalını Məgər hil, mixək görməmisənmi? [Bənd 3: Xan Şuşinski] Xumar dodağın dərdimə dərman Xumar dodağın dərdimə dərman Onları mənə göstər, ay canan [Şövkət Ələkbərova] Dodaqlarımı neynirsən, oğlan? Məgər beçə bal görməmisənmi? Dodaqlarımı neynirsən, oğlan? Məgər beçə bal görməmisənmi? [Bənd 4: Xan Şuşinski] Sən bizim eldə bir nazlı dilbər Sən bizim eldə bir nazlı dilbər Səbrim qalmadı, qaşını göstər [Şövkət Ələkbərova] Oğlan, qaşımı neynirsən, məgər? Gecələr hilal görməmisənmi? Oğlan, qaşımı neynirsən, məgər? Gecələr hilal görməmisənmi? Şövkət Ələkbərova tərəfindən ifa olunan “Ay Gözəl” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #AyGözəl #mikpro
В начало