Şövkət Ələkbərova — Kəklik (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan “Kəklik“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Ağabacı Rzayeva Söz: Məmməd Hüseynov Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Nə süzürsən narın-narın Yenə daşdan-daşa, kəklik? Nə süzürsən narın-narın? Yenə daşdan-daşa, kəklik? Könlüm istər nəğmə kimi, hey Bircə nəğmə qoşa, kəklik Qoşa kəklik, qoşa kəklik [Nəqərat] Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qəşəng kəklik, gözəl kəklik [Bənd 2] Sinən altı sal qırmızı Ayaqların al qırmızı Sinən altı sal qırmızı Ayaqların al qırmızı Dimdiyində xal qırmızı, hey Yanır qoşa-qoşa, kəklik Qoşa kəklik, qoşa kəklik [Nəqərat] Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qoşa kəklik, qəşəng kəklik [Bənd 3] Dağlar qoynu çiçək-çiçək Mən gedirəm, getmir ürək Dağlar qoynu çiçək-çiçək Mən gedirəm, getmir ürək Uç şairin xəyalıtək, ey Bu dağlarda yaşa, kəklik Yaşa, kəklik, qoşa kəklik [Nəqərat] Niyə tək sən danışarsan? Niyə tək sən danışarsan? Dağlar qızı, xallı gözəl Bir vəfalı yar ilə gəl Vuraq ömrü başa, kəklik Qoşa kəklik, qəşəng kəklik Şövkət Ələkbərova tərəfindən ifa olunan “Kəklik” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Kəklik #mikpro
Back to Top