Masallı. 20 yaşlı gənc öz kəndinin tarixini yazdı
Bu yaxınlarda Masallının daha bir yaşayış məntəqəsi haqqında kitab işıq üzü görməsi bizi sevindirdi.
İldırım ŞÜKÜRZADƏNİN bu barədə yazısını sizə təqdim edirik.
“Qasımlı kəndi” (I kitab) adlanan bu kitab rayonun eyniadlı kəndindən bəhs edir. Mərhum akademikimiz Ziya Bünyadov yazmışdır: “Hər bir alim, yazıçı, jurnalist, bütünlükdə “qələmçalanlar” öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu çətindir, lakin faydalıdır. Çünki bir həqiqətdir, tarixçilər ümumi tarix yazırlar və hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakinləri qədər bilməzlər və bu məsələdə onları günahlandırmaq olmaz”.
Məhz, Mehdi Fəyyazlı da mərhum akademikin çağırışına qoşularaq doğma kəndi haqqında kitab yazıb oxuculara təqdim etmişdir. Mehdi Fəyyazlını sosial şəbəkə vasitəsilə tanımışam. Qasımlı kəndi ilə bağlı bəzən sosial şəbəkədə paylaşımlar edər və burada olan paylaşımlara (məqalələr, şəkillər) olduqca məntiqli və savadlı rəylər yazar, hadisələrə obyektiv yanaşardı. Gənc olaraq yazdığı məntiqli və savadlı rəylər, şərhlər, sağlam düşüncələri onun istedadından soraq verməklə virtual dostluğumuza gətirib çıxarmışdır. Mehdi Fəyyazlının daha gənc olması və xaricdə yaşayıb doğma kəndi haqqında kitab yazması “Qasımlı kəndi” (I kitab) kitabını bu qəbildən olan kitablardan fərqləndirir. O, 20 yaşında doğma yurdu haqqında kitab yazan bəlkə də dünyada yeganə şəxsdir.
Mehdi Afiq oğlu Fəyyazlı 27 sentyabr 2000-ci ildə Qasımlı kəndində anadan olub. İbtidai təhsilini Qasımlı kənd tam orta məktəbində, orta təhsilini isə Rusiya Federasiyasının Murmansk şəhərindəki 26 saylı orta məktəbdə almışdır. Hal-hazırda Rusiya Federasiyasının Altay diyarının Biysk şəhərində yaşayır və Biysk Tibb Kollecində təhsil alır.
“Qasımlı kəndi” (I kitab) kitabı Bakıda, “Xerox” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru tədqiqatçı-tarixçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İldırım Şükürzadə, məsləhətçiləri Əhməd Muxtarov, Natiq Nuriyev və Elşən Babanlıdır.
132 səhifəlik şəkilli (rəngli) “Qasımlı kəndi”(I kitab) kitabında Qasımlı kəndinin tarixi, coğrafi mövqeyi, ərazisi, əhalisinin sayı, Qasımlı toponimi, kəndin iqtisadiyyatı, sosial obyektləri, kəndin məktəbi, məscidi, qəbiristanlıqları, ziyalıları, Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi şəhidləri, kəndin xeyriyyəçiləri və uzunömürlüləri haqqında məlumat verilmişdir.
“Qasımlı kəndi” (I kitab) kitabını Masallı rayonunun Qasımlı kəndinin “pasportu” adlandırmaq olar. Kitabın işıq üzü görməsi münasibətilə müəllifi və qasımlıları təbrik edirəm. Əminəm ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaq və bu müəllifin oxucularla son görüşü olmayaqcaqdır. Müəllifi bir daha təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. “Qasımlı kəndi” kitabı redaktoru olduğum ilk kitabdır. Buna görə də, müəllif Mehdi Fəyyazlı qədər mən də sevincliyəm.
Yazı saytında yayımlanmaq üçün hazırlanıb.
2 views
4298
1587
5 months ago 03:21:24 1
Masallı, Şatroba, Elnurun toyu 2013 Tam hissə (Perviz, Resad, Rufet, Balaeli, Huseyn, Ekrem) Meyxana
6 months ago 00:25:50 1
Botas de casa tejidas en dos agujas o palitos en punto choclo! - Tejiendo Perú
7 months ago 00:01:32 1
Penélope Cruz al desnudo: sus confesiones más íntimas a los 50 - España 2024
7 months ago 00:00:41 1
Aldatmak 64. Bölüm Tanıtım | Her Perşembe ’de atv’de!
7 months ago 00:00:59 1
Aldatmak 64. Bölüm Fragmanı | Can Benim Oğlum!
7 months ago 00:00:41 2
Aldatmak 63. Bölüm 2. Tanıtım | Her Perşembe ’de atv’de!
7 months ago 00:01:12 1
Aldatmak 63. Bölüm 2. Fragmanı | CAN’IN BABASI SENSİN TOLGA!
7 months ago 00:00:41 1
Aldatmak 63. Bölüm Tanıtım | Her Perşembe ’de atv’de!
7 months ago 00:01:10 1
Aldatmak 63. Bölüm Fragmanı | Seni Seviyorum Oylum!
8 months ago 00:00:41 1
Aldatmak 62. Bölüm 2. Tanıtım | Her Perşembe ’de atv’de!
8 months ago 00:00:41 1
Aldatmak 62. Bölüm Tanıtım | Her Perşembe ’de atv’de!
8 months ago 00:00:41 1
Aldatmak 61. Bölüm 2. Tanıtım | Her Perşembe ’de atv’de!