Ermənistanın planları alt-üst oldu | Sentyabr döyüşlərindən 2 il ötür
Ermənistanın planları alt-üst oldu | Sentyabr döyüşlərindən 2 il ötür
Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində yaşanan gərginlikdən iki il ötür.
2020-ci il noyabrın 10-da imza atdığı üçtərəfli sazişin şərtlərini kobud şəkildə pozan Ermənistan üstündən iki il keçəndən sonra sərhəddə ard-arda təxribatlar törətməyə cəhd etdi. Bu təxribatlara ordumuz layiqli cavab verdi. Sentyabrın 12-də isə Ermənistan Silahlı Qüvvələri daha genişmiqyaslı təxribatlara əl atdı. Ordumuzun bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. İki gün davam edən döyüşlərdə Ordumuzun 80 hərbi qulluqçusu şəhid oldu, 282 döyüşçümüz isə yaralandı.
Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də xəsarət aldı.
İki il əvvəl Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Sərhəddə baş verən hərbi toqquşma nəticəsində Ermənistan Silahlı Qüvvələri ciddi itkilərə məruz qaldı. Ermənistan rəsmilərinin bildirdiyinə görə, həmin döyüşlərdə düşmən 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb. Ermənilərin 300-dən çox hərbi qulluqçusu yaralanıb.
Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəkliyi nəzarətə götürüldü, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edildi.
Bizi WhatsApp-da izləyin
ARZUNUN VAXTI ➧
QAPQARA ➧
AYDIN TARİX ➧
ORALARDA NECƏDİR? ➧
O VAXTLAR ➧
SONUNCU ŞAHİD ➧
BAKU ANALİTİK ➧
BAKU MED ➧
RƏSMİLƏR ➧
BAKU AKTUAL ➧
RETRO BAKU ➧
ARAŞDIRMA ➧
44 GÜN ƏSGƏR RƏŞADLA ➧
QARABAĞ XRONİKASI ➧
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧
Ermənistanın planları alt-üst oldu | Sentyabr döyüşlərindən 2 il ötür
2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™
#bakutv #ermənistan #azərbaycan #döyüş #müharibə #sərhəd #laçın #kəlbəcər #zəngilan #saziş #təxribat #ordumuz #sentyabrdöyüşləri