Bəxtiyar Vahabzadə
AZƏRBAYCAN-TÜRKİYƏ
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
15 views
3689
1467
9 years ago 00:05:18 15
Bir Milletik Iki Dovlet
13 years ago 00:05:23 19
Azeri Kizi Gunel - Biz iki devlet, bir milletik .
9 years ago 00:03:50 7
Nuray Rahman Biz iki dovlet bir Milletik Expo2016 Antalya
6 years ago 00:04:17 1
Biz Iki Dovlet, Bir Milletik Мы два государства одна нация!!!Стамбул Турция
4 years ago 00:06:16 11
Nurlan Ordubadlı - Yaşa Azərbaycan - Həmin Zaur
3 years ago 00:06:26 1
Nurlan Ordubadli Yasa Azerbaycan 2020 (Official Audio)