ŞAH DİLİ ABŞERON MİLLİ PARKI.

Şah Dili - dil olaraq Abşeron yarımadasının uzaq cənub şərq qutaracağında yerləşir. Azərbaycan ərazisində yerləşən sahəsinə görə ən böyük dilidir. Üstəlik Şah Dili Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir. Dil cənuba doğru dənizin içərisinə uzanmışdır. Ensiz və uzun formaya malikdir. Ərasizi əsasən qumsaldır. Dəniz səviyəsindən elə də hündür deyildir. Bu səbəbdən şor qrunt suları səthə yaxındır. Şor gölməçələr və bataqlaşmış ərazilər geniş yer tutur. Dənizdən əsən külərin təsirinə məruz qalır. Dil ərazisi bütünlüklə Abşeron Milli Parkı ərazisinə daxildir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunması olmuşdur. Burada Xəzər suitisi, ceyran, kəkilli dalğıc, Xəzər qağayısı, yaşılbaş ördək və s. kimi canlılar qorunub saxlanılır.
Back to Top