Sülh sazişinin mətni Bakıya veriləcək - BAKU TV

Sülh sazişinin mətni Bakıya veriləcək - BAKU TV “Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində çalışır və tezliklə mətn Bakıya təhvil verəcək”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirdiyi brifinqdə bildirib. “Hazırda bütün məsələlər işlənilir və razılaşdırma prosesi aparılır. Ermənistan bütün məsələləri və problemləri rusiyalı tərəfdaşları ilə müzakirə edir”, - deyə o qeyd edib. əlavə edib ki, Ermənistan Türkiyə ilə sərhədləri də açmağa və münasibətləri normallaşdırmağa çalışır: “Siz sərhədlərin açılması ilə bağlı Ermənistan tərəfinin mövqeyini bilirsiniz. Biz bunun nə vaxt baş verəcəyinə dair dəqiq vaxt söyləməmişik. İki razılaşmamız var və onlardan biri üçüncü ölkə vətəndaşları ilə bağlıdır“. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, hazırda danışıqlar davam edir. O, sərhədlərin açılmasının mümkün qədər tez bir zamanda baş verəcəyinə ümidvar olduğunu söyləyib. Sülh sazişinin mətni Bakıya veriləcək © 2023 © All Rights Reserved ℗ Baku TV #azerbaycan #ermenistan #sulhsazisi
Back to Top