Ermənistanda hakimiyyət davası - BAKU TV
Ermənistanda hakimiyyət davası - BAKU TV
Aktual xəbərlərimiz
“Ermənistanın Baş naziri Nikol Paşinyanın son kadr təyinatlarına hakim “Mülki müqavilə” Partiyasında dözümlü yanaşmırlar”.
Bunu “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, hazırda ölkənin maliyyə və təhsil, mədəniyyət və idman nazirləri postlarını bitərəflər tuturlar. Halbuki, əvvəllər bütün vəzifələrə hakim partiya üzvləri təyin olunurdu.
“Mülki müqavilə”nin üzvləri hesab edirlər ki, Paşinyan öz partiyadaşlarından narazıdır. Qəzet yazıb ki, partiyanın veteranları Arayik Arutyunyan və Romanos Petrosyan baş nazirin müavini postuna iddia edib. Lakin Paşinyan bu vəzifəyə bitərəf Tiqran Xaçatryanı təyin edib.
Xatırladaq ki, bundan əvvəl də Ermənistanda bir neçə şəxs vəzifəsindən azad edilib.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
Ermənistanda hakimiyyət davası
© 2022 © All Rights Reserved ℗ Baku TV
#ermenistan #parlament #pasinyan