XİN-dən Tehrandakı səfirliyimizə hücumla bağlı açıqlama - BAKU TV

XİN-dən Tehrandakı səfirliyimizə hücumla bağlı açıqlama - BAKU TV Sosial şəbəkələrimiz Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Bildirilir ki, səfirliyimizə hücum edən şəxs saxlanılıb. XİN-dən Tehrandakı səfirliyimizə hücumla bağlı açıqlama © 2022 © All Rights Reserved ℗ Baku TV
Back to Top