Ermənilərin Qaradağlı kəndində törətdiyi faciədən 31 il ötür - BAKU TV
Ermənilərin Qaradağlı kəndində törətdiyi faciədən 31 il ötür - BAKU TV
Xocavənd rayonunun Qaradağlı kəndində törədilən faciədən 31 il ötür.
1992-ci ilin fevralın 17-də Qaradağlı işğal edilərək erməni silahlı birləşmələri tərəfindən yandırılıb. Kəndin Bəylik bağı adlandırılan ərazisində 23 sakinimiz ermənilər tərəfindən güllələnib, 118 nəfər əsir götürülüb. Onlardan 68-i xüsusi amansızlıqla öldürülüb.
Ermənilərin Qaradağlıda törətdiyi qırğın Xocalı soyqırımından sonra xalqımızın Qarabağda yaşadığı ikinci böyük müsibət idi.
Baku TV-nin çəkiliş qrupu Qaradağlı kəndinin sakinlərinin məskunlaşdığı Beyləqan rayonunun Xocavənd qəsəbəsində olub.
Qaradağlı sakini Şahruz Əliyev faciə qurbanlarının başına gətirilənlərdən danışıb.
“Bizi yığaraq Xankəndi istiqamətində apardılar və Bəylik bağı adlanan yerdə maşınları saxlayıb, 10 cavanı düşürdülər və onları güllələdilər. Bizə insanlığa sığmayan işgəncələr verirdilər. Bıçaqla bədənimizi deşirdilər, soyundurub ağacla döyürdülər, elə anlar olurdu ki, qarlı havada suyun içində uzandırıdılar”, - deyə o qeyd edib.
Ermənilərin Qaradağlı kəndində törətdiyi faciədən 31 il ötür
© 2023 © All Rights Reserved ℗ Baku TV
#Qaradagliqetliami #Xocavend #Qaradagkendi