Azərbaycanın İranla sərhədində olan Astara gömrük və sərhəd keçid məntəqəsində uzun növbələr yaranıb. Sürücülərə görə, buna səbəb İran tərəfinin lazımi qüvvə ilə xidmət göstərməməsi və prosesi qəsdən ləngitməsidir. İranla Azərbaycan arasındakı siyasi gərginlik bu iki ölkənin iqtisadi əlaqələrinə hələ ki, təsir etməyib. Bəs bu baş verərsə, ziyan çəkən tərəf kim olacaq? Azərbaycan İran üçün çox böyük bazardır, çünki İran Azərbaycana illik, az qala, yarım milyard dollarlıq məhsul ixrac edir. İrandan ölkəmizə daha çox ərzaq və sənaye məhsulları, yeyinti, şirniyyat və un məmulatları idxal olunur. Amma Azərbaycan üçün həmin məhsulların alternativ bazarları da var. Elə Türkiyə və Rusiya. Azərbaycanın Naxçıvana quru yolu da İrandan keçir. Hazırda bu yol bağlıdır, yalnız yüklərin daşınması üçün açıqdır. Bununla belə, İranla hər hansı iqtisadi gərginliyin Naxçıvana ciddi təsir edəcəyi gözlənilmir. #azərbaycan #iran #bakı #astara #iranməhsulları #tehran #təbriz #xoy #cənubiazərbaycan #güneyazərbaycan
#ictimaitv #video #televiziya #baku #videolar #itv