Cəmi 18 il yaşasa da, adını tarixə yazdırmağı bacardı. Söhbət şəhid Elvin Məlikməmmədovdan gedir.
APA TV-nin şimal bürosunun xəbərinə görə, Elvin Elçin oğlu Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.
Ailənin ilk övladı olan Elvinin özündən kiçik iki qardaşı var. Vətənpərvərliyi ilə seçilən Elvin 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Anası Hicran Məlikməmmədova deyir ki, oğlu ilə son dəfə Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl görüşüb: “Yaşı az olsa da, hörməti çox idi. Sentyabrın 20-də xidmət elədiyi hərbi hissəyə Elvinlə görüşməyə getmişdik. Görüşdük, danışdıq, şəkillər çəkdirdik. Biz qayıdanda bloknotunu mənə verdi. Tərtərdən qayıdanda yolboyu bloknotda yazılan qeydləri oxuyurdum. Həmin vaxt yazdıqlarının mənasını anlamamışdım. Elvin şəhid olandan sonra yazılanları oxudum. Mənə məktub da yazmışdı. Orda belə bir şeir vardı:
Əsgər oldum mən də Azərbaycana,
Haqqını, südünü halal et, ana.
Şəhid olsam, qəbrim üstə ağlama,
Bayramlarda bayram payımı saxlama.
B
13 views
77
15
3 years ago 00:05:25 1
“Şəhid olsam, bu fotonu paylaşarsınız“ - XTQ şəhidi Kamil Şirinov
3 years ago 00:02:34 13
“Şəhid olsam, qəbrim üstə ağlama...” - REPORTAJ
4 years ago 00:04:31 383
Şəhidimizin yaxınlarına son sözləri: “Ölsəm ağlamayın,QÜRUR DUYUN!“-ŞƏRHSİZ (ŞƏHİD Şahin Allahyarov)
10 years ago 00:15:00 2
Şəhid Mübariz İbrahimov - ANS-in “Ölümündən 24 saat əvvəl“ verilişi - 2 hisse