Ukrayna müharibəsində Azərbaycan örnəyi - BAKU TV

Ukrayna müharibəsində Azərbaycan örnəyi - BAKU TV Artıq 28 gündür ki, bütün dünya bir mövzunu müzakirə edir. Gündəm Ukrayna-Rusiya müharibəsidir. Elə “The Washington Post” köşə yazarı Max Boot da iki ölkə arasındakı vəziyyəti hərbi texnikaların durumu baxımından şərh edib. Onun “Rusiya tankları məğlub olur. Onların müasir döyüş meydanında hələ də yeri varmı?” başlıqlı yazısında Ukrayna Ordusunun Rusiya Ordusuna qarşı uğurlu müqavimətindən danışılır. O qeyd edir ki, burada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının rolu böyükdür. Bu texnikalar Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibədə də xüsusi əhəmiyyət kəsb edib. Bunlar doğrudur, ancaq köşə yazarı bir məqamda yanılır. O yazır ki, Azərbaycan Ordusu “Bayraktar”larla Ermənistanın hərbi texnikasının 47 faizini məhv edib və ya zədələyib. Ancaq gerçək rəqəm 47 yox, 80 faizdir. Məqalədə açıq mənbəli hesabatlara istinadən yazılır ki, Rusiya Ordusu 300-ə yaxın tank və 500-dən çox zirehli texnika daxil olmaqla, 1600-dən çox maşın və texnika
Back to Top