Azərbaycanlı deputatlar İrəvanda çıxış edib - BAKU TV

Azərbaycanlı deputatlar İrəvanda çıxış edib - BAKU TV İrəvanda AVRONEST Parlament Assambleyasında deputatların iclası başlayıb. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədov erməni deputatın ittihamlarına cavab verib. O, bildirib ki, Azərbaycanın hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur. Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həll edilib. Millət vəkili Ermənistan nümayəndələrinin saxlanılanlarla bağlı ittihamlarına cavabında qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra bütün əsirləri Ermənistana təhvil verib. Deputat Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını iclas iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Tahir Mirkişili də iclasda çıxış edib. O, işğaldan azad olunan ərazilərdəki evinə baş çəkdiyini bildirib. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir.
В начало